Müğənni Xatirə İslamın oğlu Emil ürəyindən əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat verib. Oğlunun şəklini paylaşan müğənni “Əməliyyat etdirdik. Şükür. Hər şey yaxşıdır. Allahıma dönə-dönə təşəkkür edirəm. Narahat olmayın heç bir problem yoxdur” sözlərini yazıb.
Qeyd edək ki, Xatirə İslamın oğlu anadanagəlmə ürək dəliyi ilə doğulub.