Xalq artistləri Həmidə Ömərova, Nuriyyə Əhmədova, əməkdar artist Nahidə Orucova xəstəxanada olan xalq artisti Muxtar Manıyevi ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, Nahidə Orucova sosial şəbəkədə xəstəxanadan olan fotoları paylaşaraq “Görkəmli sənətkarımız, xalq artisti Muxtar Manıyevin Allah şəfasını versin, yastığı yüngül olsun. Allahdan həyat yoldaşına səbr diləyirik. İnşallah evində görüşənədək” şərhini yazıb.
Xatırladırıq ki, M.Manıyevin sol ayağı topuq nahiyəsindən amputasiya olunub.