Rusiyanın “Omiçka” voleybol klubu, Azərbaycan yığmasının oyunçusu Natalya Məmmədovaya 28 000 avro dəyərində borcunu ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə oyunçunun agenti bildirib.
Borcun ödənilməsinə dair qərarı Avropa Voleybol Konfederasiyası qəbul edib.
“Omiçka” bütün məbləği sentyabrın 4-nə qədər ödəməlidir, əks təqdirdə kluba xarici oyunçuları qeydiyyatdan keçirmək qadağan ediləcək.
Borcun tərkibinə birbaşa borc və bir ildən çox müddət ərzində yığılmış faizlər də daxil edilib.
Xatırladaq ki, hal-hazırda Məmmədova İçveçrənin “Volero” komandasında çıxış edir.