Diyarbakırın Ergani mahalında keçmiş sevgilisinin silahlı hücumu nəticəsində ağır yaralanan və təxminən 5 ay xəstəxanada müalicə alan gənc müğənni Mutlu Kaya ötən gün evə yazılıb.
Oxu.Az xəbər verir ki, danışmaqda çətinlik çəkən Mutlu Kayanın ağzından çıxan ilk sözlər isə “Mahnı oxumaq üçün darıxmışam. Musiqidən əsla vaz keçmərəm” olub.
Qeyd edək ki, Mutlu Kaya əvvəl Diyarbakır Təhsil və Araşdırma Xəstəxanasında daha sonra Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) müalicə alıb.
Aytən Sadıqzadə
www.oxu.az