Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xəyyam ilə Zamiq arasında “Birinci mən çıxış etmək istəyirəm” davası - VİDEO
“MTV Azərbaycan” telekanalında yayımlanan “Söhbətsiz” proqramında qonaq olan AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev müğənnilər Xəyyam Nisanovla Zamiq Hüseynov arasında yaşanan gizli qalmaqalı gün üzünə çıxarıb.
Oxu.Az xəbər verir ki, proqramın aparıcısı Samir Bayramlı Ranar ilə söhbət əsnasında ondan rejissoru olduğu konsert tədbirlərində müğənnilərin göstərdikləri şıltaqlıqlardan bəhs etməyini istəyib.
R.Musayev tədbirlərin birində Zamiq ilə Xəyyam arasında yaşanan “Birinci mən çıxış etmək istəyirəm” qalmaqalını xatırlayıb:
“Xəyyam səhnəyə Zamiqdən daha əvvəl çıxmaq istəyirdi. Problem olmuşdu. Xəyyam birinci oxumaq istəyib. Başa saldım ki, proqram artıq hazırdır. Mən sizin üçün toyda proqram quran deyiləm ki, bir sözünüzlə dəyişiklik edim.
Əvvəlcədən səhnə tərtibatı qururuq. Oxunan hər mahnıya uyğun səhnə işıqları qurulur. Hər şey sinxron işləyir. Yəni, bunu dəyişmək qeyri-mümkündür.
Elə düşünürlər ki, toylarda etdiklərini konsert tədbirlərində də edə bilərlər. Burada belə bir şey yoxdur. Konkret sxem var. Düyməni basırıq və hər şey öncədən tərtib olunduğu kimi gedir.
Üstümə gəldilər ki, hamısını dəyişin. Sonra mənə başa saldılar ki, Zamiq oxuyanda Xəyyam baxmaq istəməyib”.
Rəşad Əliyev
"Xəyyam Nisanov" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib - FOTO/VİDEO
- Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
- Murad Dadaşov Ruhəngiz Qasımova haqqında: “Onun adı gələndə üzümdə gülüş yaranır” - YENİLƏNİB + FOTO
- Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stresdən dünyasını dəyişdi - FOTO
Rəylər