“Hansısa özünü ifaçı adlandıran insan gəlib disk qoyub, fonoqrama oxuyur. Sonra deyir ki, mən ifaçıyam, niyə Xəyyamla bir səhnədə deyiləm? Mən açıq deyirəm, çünki mən hesab edirəm ki, sən ifaçı deyilsən”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Xəyyam Nisanov MTV-də yayımlanan “10-da görüşək” verilişində qonaq olarkən danışıb.
Aparıcının “Musiqi mi bayağı olur, ifaçı mı?” sualına cavab olaraq isə “Pis musiqi yoxdur, sadəcə musiqini gərək bəstəkar yazsın, musiqiçi yazsın. Musiqini internetdən oğurlayıb, özünü bəstəkar adlandırmaq lazım deyil” söyləyib.
Nisanov, eyni zamanda, sosial mediada hər şeyi paylaşmağı qeyri-ciddi hesab edib:
“Sosial mediada hər şeyi paylaşmaq şitlikdir. Hərdən baxırsan storysinə dəqiqədə bir story paylaşır, hansısa paylaşımlar olur”.
Ətraflı süjetdə:
“Hansısa özünü ifaçı adlandıran insan gəlib disk qoyub, fonoqrama oxuyur. Sonra deyir ki, mən ifaçıyam, niyə Xəyyamla bir səhnədə deyiləm? Mən açıq deyirəm, çün...
Dilşad Bəhruzqızı
Rəylər