Müğənni Xəyyam Nisanov media nümayəndələrinə müraciət ünvanlayıb.
Oxu.Az xəbər verir ki, ifaçı onun barəsində yalan xəbər yayanlara sosial şəbəkə vasitəsilə xəbərdarlıq edib.
“Sosial şəbəkələrdə qeyri-müəyyən insanlar tərəfindən şəxsi həyatımla bağlı məlumatlar və fotoşəkillər yayımlanır. Qanunvericiliyi əldə rəhbər tutaraq hər birinizə şəxsi qərarımı və xahişimi çatdırmaq istəyirəm. Bu cür xəbərlərin saytlarda işıqlandırılmasının əleyhinəyəm. Xahiş edirəm, belə xəbərlər paylaşılmasın və məndən açıqlama istənilməsin. Şəxsi həyatım barəsində mövzuların işıqlandırılmasını istəməməyimə və hüququma hörmətlə yanaşacağınıza inanrıam”,-deyə X.Nisanov qeyd edib.
A.S.
www.oxu.az