Teleaparıcı Xoşqədəm Hidayətqızı film çəkməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, aparıcı bu haqda “Facebook” sosial şəbəkəsində məlumat verib:
“Üç aydır ki, başlayıb bitirə bilmədiyim ssenarini dünən bitirdim. Bir az da film dünyasında fırtınalar qoparaq. Çox məşhur və mənim çox sevdiyim rejissor da oxusun, fikrini bildirsin. Amma qorxuram ki, beş ildə az qala bütün proqramlar “Səni axtarıram”a bənzəyən kimi bəzi filmlər də aylarsonra nümayiş olunacaq filmimizə bənzəsin”.

Aytən Sadıqzadə
www.oxu.az