Xalq artisti Flora Kərimova ATV-də yayımlanan “Onlar” verilişində keçmiş həyat yoldaşlarından danışıb.
Oxu.Az xəbər verir ki, ailə qurduğu bütün həyat yoldaşlarının vaxtsız vəfat etdiyi üçün onu “ölümə aparan qara qadın” adlandıranlar da olub:
“Mən heç vaxt xoşbəxt olmamışam. Həyat yoldaşı olaraq xoşbəxt olsam da, qadın olaraq xoşbəxt olmamışam. Digər bədbəxtçilik məni haqlamayana kimi bir stressin əziyyətini aylarla, illərlə çəkmişəm. Mənim bir neçə ailəm olub, yaradan verib, sonra alıb. Bir neçə dəfə tabut dalınca getmişəm”.
O, bütün evliliklərində mübarizə apardığını deyib:
“Yaxşı qadından kişi getməz. Qadına ailədə səbr lazımdır. Mən 17 illik ailəmi müdrikliyim ilə saxlamışam. Hətta elə olub ki, bu nikahdan olan qızım Zümrüdü dünyaya gətirmək istəməmişəm. Amma yadıma düşəndə ki, mən qızımı dünyaya gəlməmiş itirə bilərdim… Nə yaxşı bunu etməmişəm”.
Xalq artisti onun haqqında yayılan şayiələri həyat yoldaşlarının anlayışla qarşıladıqlarını bildirib:
“Haqqımda yayılan şayiələri həyat yoldaşlarım üzümə vurmayıb, eşitdiklərini həqiqət kimi qəbul etməyiblər”.
Qeyd edək ki, Flora Kərimova üç dəfə ailə həyatı qurub. Sonuncu nikahdan Zümrüd adında qızı var. Xalq artistinin qıznın evliliyi isə 10 il davam edib və həyat yoldaşından ayrılıb.
Aytən Sadıqzadə
www.oxu.az