Bakıda Yelena Vayenqa ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, müğənninin konserti sentyabr ayının 28-də Heydər Əliyev adına Sarayda baş tutacaq.
Qeyd edək ki, Yelena Vayenqanı musiqi tənqidçiləri rus estradasının fenomeni adlandırırlar.
Yelena Vayenqa səhnədə bu yaxınlarda peyda olub, amma bu zaman ərzində zirvəyə yüksəlməyə nail olub. Gözəl repertuar yığıb və çoxsaylı dinləyicilərin rəğbətini və məhəbbətini qazanıb.
Yelena ilk mahnısı olan “Göyərçinlər”i 9 yaşında yazıb, o zaman Yelena Kolsk yarımadasında Gənc Bəstəkarların Ümumittifaq müsabiqəsinin qalibi olub. Məktəbi bitirdikdən sonra Sankt-Peterburqa gəlib, N.A.Rimski-Korsakov adına musiqi məktəbinin fortepiano sinfini bitirib, pedaqoq-konsertmeyst diplomu alıb.
Müğənniyə əsl populyarlıq 2005-ci ildə “Bəyaz quş” albomu ilə gəldi. Albomda “Arzulayıram”, “Aeroport”, “Tayqa”, “Şopen” kimi hitlər və əsas kompozisiyaya klip yer alıb.
Yelena Vayenqa ilk “Qızıl qrammofon” mükafatını “Çəkirəm” mahnısı üçün alıb.