Tanınmış meyxanaçı Kərim Azərbaycanın əməkdar artisti Nüşabə Ələsgərliyə meyxana həsr edib.
Oxu.Az xəbər verir ki, müğənni ona ithaf olunan misraları İnstagram hesabında paylaşıb:
Sənətinlə ey xanım, damaqlarda dad qoymusan.
Nüşabə sevənlərin ürəklərin şad qoymusan.
Bakıya İbrahimi gətirməklə ad qoymusan.
Səninlə gərək bütün Azərbaycan fəxr eləsin.
Bənzəri varsa sənə, qoy Sibel Can fəxr eləsin.