Cəbhə xəttində vəziyyət gərgindir. Bu il keçən ilə nisbətən daha çox itki vermişik.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bəyan edib.
Ovannisyanın sözlərinə görə, cəbhə xəttində vəziyyət gərgindir:
“Yalnız bu il düşmən gülləsindən 10 hərbi qulluqçumuz həlak olub”.
Qeyd edək ki, Ermənistan ictimaiyyəti hərbçilərin və zabitlərin həlak olması ilə əlaqədar ayrılan məbləği gizlətdiyi üçün Ermənistan Müdafiə Nazirliyindən narazıdır.
Erməni KİV-in məlumatına görə, bu ölkənin Müdafiə Nazirliyi təzminat məbləğini açıqlamır, bu isə ordunun itkilərinin real sayını gizlətmək arzusundan irəli gəlir.