“Azad Azərbaycan” telekanalının efirində “İş həmişə var” adlı yeni layihə yayımlanacaq.
Oxu.Az xəbər verir, tamaşaçıya doğma olacaq bu verilişdə başlıca məqsəd işsizlikdən gileylənib, bəhanə gəzən insanlara işin hər zaman, hər yerdə olduğunu nümayiş etdirməkdir. Necə deyərlər, məqsəd varsa, istədiyin ixtisasa, ya da peşəyə sahib olmaq mümkündür.
İlk verliş Bakı Metropoliteninə həsr olunub. Verlişdə aparıcı metropolitendəki iş rejimini tamaşaçılara göstərəcək. Sən demə, metroda gecə saaat 12 dən sonra da qızğın iş gedirmiş. Reportyorlardan ilk dəfə Fərid Rəsul metroda qatarı idarə edib. Maşinist kimi özünü sınayan Fərid ,verlişin ikinci hissəsində metro tunellərində gedən çətin iş prosesi ilə tamaşaçıları tanış edəcək.
Veriliş ilk efir vaxtına bazar günü, fevralın 23-ü saat 13.15- də “ATV” telekanalında start verəcək.
Sabah yayımlanacaq “İş həmişə var” verilişinin müəllifi və aparıcısı Fərid Rəsul, redaktoru Aynur Əliyeva, rejissorları Əli Süleymanlı,Tofiq Babayev, prodüseri Vüqar Şəfiyevdir.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az