Ağdam şəhərində anadan olmuş, 21.08.1966-cı il təvəllüdlü Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5A, mənzil 36-da qeydiyyatda olan Nuriyev Elşad Soltan oğlu bu il fevralın 19-da Göygöl rayonu ərazisində yerləşən işlədiyi təkər təmiri sexlərindən birində ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun ailə üzvləri ilə əlaqə saxlamaq mümkün olmadığından meyit yaxınlarına təhvil verilməyib.
Elşad Nuriyevin ailə üzvlərindən və yaxınlarından təcili olaraq Göygöl Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaq, (02220) 5-22-79, 5-28-28 nömrəli şəhər və (050) 332-56-30 nömrəli mobil telefonlara zəng etmələri xahiş olunur.