“Yeşilçam”ın çox sayda filminə səsiylə həyat verən Nevin Akkaya dünyasını dəyişib.
Oxu.Az-ın Tükiyə KİV-nə istinadla xəbərinə görə, teatr dünyasının sevilən adlarından, türk kinosunun ən məşhur film səsləndirmə sənətçilərindən olan Nevin Akkaya bir çox filmdə Türkan Şorayın səsləndirməsini edib.
1919-ci il təvəllüdlü sənətçi Türkan Şoraydan Hale Soygaziyə, Nəriman Köksaldan Arzu Okaya qədər çox sayda sənətçiyə səsiylə həyat verib. Türkan Şorayın 50-dən çox filmində Akkayanın imzası var.
Aytən Sadıqzadə