Ötən gün rejissor Nail Naiboğlunun “Zirvədəkilər-2014” layihəsinin finalı gerçəkləşib.
Oxu.Az xəbər verir ki, tədbirin aparıcıları rəqqasə-müğənni Sevda Sanəliyeva və aktyor Elşad Süleyman olub.
Gecədə şou-biznesin tanınmış simalarına müxtəlif nominasiyalar üzrə xüsusi hazırlanmış mükafatlar təqdim olunub.
Qeyd edək ki, layihənin rəhbəri və rejissoru Nail Naiboğlu, prodüser Pərviz Oqtayoğlu, operator Emin Hüseynov, koordinator Rauf Sahiboğludur.
Aytən Sadıqzadə
www.oxu.az