Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Asiya, Afrika və Yaxın Şərqin 10 ölkəsində Poliomielit qığılcımı yayıldığını və “beynəlxalq məna kəsb edən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət” elan edib. Bu qərarı ÜST-nin fövqəladə komitəsi bu il daha da kəskinləşən vəziyyəti tədqiq etdikdən sonra qəbul edib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Əfqanıstan, Pakistan və Nigeriyada poliomielit endemik hesab edilir, digər ölkələrdə isə infeksiya halları kənardan gətirilən virusla yoluxma kimi qeyd edilib. Xəritədə qırmızıyla işarətlənmiş ölkələrdə vəziyyət daha gərgindir. İsraildə poliomielit yoluxma hadisəsi qeydə alınmasa da, “xəstələnmə riski böyükdür”.
ÜST ölkələri poliovirusun yayılmasının qarşısını almaq üçün vaksin və tibbi nəzarət sahəsində əməkdaşlığa çağırır. Risk qrupuna Suriya kimi müharibə gedən ölkələr daxildir, çünki cari vəziyyətə görə tibb işçiləri peyvənd tədbirləri apara bilmirlər. Eyni zamanda BMT-nin məlumatına görə, humanitar proqramların həyata keçirilməsi zamanı aprel ayında üç milyon suriyalı uşağa poliomielitdən peyvənd edilib.