Konsert “Shamkir Chess 2014” beynəlxalq şahmat turniri çərçivəsində baş tutacaq.
Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, xalq artisti Zülfiyyə Xanbabayeva bu yaxınlarda dünyasını dəyişmiş Vüqar Həşimovun xatirəsinə solo konsert verəcək.
Konsert Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess 2014” beynəlxalq şahmat turniri çərçivəsində təşkil ediləcək. Solo konsert aprelin 30-da Şəmkir Olimpiya kompleksində keçiriləcək.
Konsertin xüsusi qonağı qismində Gülyaz və Gülyanaq Məmmədova bacıları çıxış edəcəklər.
Həmçinin “Məhəbbət hekayəsi” adlı rəqs tamaşasının ilk nümayişi təqdim olunacaq.