Rəqqasə Fatimə Fətəliyeva illərdir soyuq münasibətdə olduğu həmkarı Oksana Rəsulovaya dəstək çıxıb.
Oxu.Az-ın məlumatına görə, Fatimə “Maşın” şouda SMS səsverməsinə çıxarılan Oksanaya İnstaqram səhifəsindən çağırış edib.
“Bu, bir realiti şoudur. Amma oyunu qaydaları ilə oynamaq lazımdır. Haqqa haqq, nahaqqa nahaq olmaq lazımdır. Ola bilər ki, həmkarımla münasibətimiz elə də isti deyil. Heç bir qadının göz yaşını görmək istəmirəm. Hər kəsi Oksanaya dəstək olmağa çağırıram. Uğurlar!" – yazaraq, hamını Oksanaya səs verməyə çağırıb.
Z.Q.
www.oxu.az
Rəylər