31 
İyl
2018
16:27
399
86
14512
Virtual karabakh

Nura Suri: Qidalara görə kişilərdə qadınlaşma gedir - FOTO

31 İyl, 2018
16:27
14512

Nura Suri: Qidalara görə kişilərdə qadınlaşma gedir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nura Suri “Facebook” statusu ilə yenidən diqqətləri üzərinə çəkib.

Oxu.Az xəbər verir ki, sənətçi iddia edib ki, qidalar bizi mənəvi olaraq zəhərləyir:

“Azərbaycanlılardan xahiş edirəm, nə yediyinizə diqqət edin. Uşaqlarınıza sıyıq, şorba və bu kimi yeməkləri hər gün yedirin. Meyvə-tərəvəzi, həmçinin, toyuqları bölgələrdən, həyətində toyuq saxlayanlardan alın.

Hər gün uşaqlarınıza konfet, şokolad, qazlı içkilər və s. almayın. Onları geni dəyişdirilmiş məhsullarla zəhərləməyin. Nə olar, kitab oxuyun, onları da savadlı böyüdün. Vallah, sonumuz bu gedişlə yaxşı olmayacaq”.

“Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir. Məgər, siz bunu görmürsünüz? Hamısı hormonal qidaların təsirindədir. Bu qədər xəstə uşaqlar dünyaya gəlir. Axı, niyə bunların səbəbini düşünmürsünüz?

Gözəl və sağlam həyatın açarı savaddır. TV-yə az baxın. İnternetdəki oyunları oynamayın. Bütün bunlar bizim beynimizi zibilləyir. Hər gün idmana vaxt ayırın. İmkan daxilində 30 dəqiqə ayaqla gəzin. Bol su için və özünüzü sevin”, - deyə Nura bildirib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri