Son bir neçə gündə Billi Ayliş dünyanın ən müzakirə olunan ulduzlarından birinə çevrilib. 19 yaşlı ifaçı əvvəlcə “Grammy” mərasimində dörd nominasiyada mükafata layiq görülməsi ilə səs saldı, indi isə imicini radikal şəkildə dəyişib və sarışın olub.
O, bununla bağlı görüntüləri özünün “Instagram” hesabında dərc edib.
Посмотреть эту публикацию в InstagramUlduz bundan əvvəl etiraf etmişdi ki, yetkinlik yaşında psixoloji problemləri və əhvalında baş verən dəyişikliklərlə əlaqədar olaraq saçlarının rəngini tez-tez dəyişib.
Onun yeni saç düzümü və makiyajsız halda çəkilən şəkilləri istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Əla görünürsən”, “Blond sənə yaraşır”, “Gözlənilməz, ancaq əla” kimi şərhlərlə onlar ifaçının yeni tərzini bəyəndiklərini göstəriblər.
Fotolar çox az müddətdə 8 milyondan artıq bəyənmə toplayıb.
Mövzuya aid xəbərlər
Digər xəbərlər