Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Los-Anceles məhkəməsi Snup Doqqa qarşı cinayət işi ilə bağlı qərar verdi
ABŞ-də Los-Anceles məhkəməsi reper Snup Doqqa (əsl adı Kelvin Kordozar Brodus) qarşı cinayət işini rəsmi şəkildə bağlayıb.
Bu barədə Oxu.Az TMZ-yə istinadən xəbər verir.
Tabloidin məlumatına görə, reper şəxsən hakimdən bütün sənədləri arxivləşdirməyi xahiş edib. O, 2024-cü ilin yanvarında məhkəməyə müraciət ünvanlayıb və razılıq əldə edilib.
Söhbət 1993-cü ildə Snup Doqla rəqabət aparan dəstə üzvlərindən biri Filipp Voldermariamın ölümü ilə nəticələnən cinayətdən gedir. O zaman reper hələ musiqi yolunun başlanğıcında idi. O, repçinin ilk hitlərindən biri olan "Murder Was The Case" mahnısının qeyd edildiyi MTV mükafatlarının təqdimetmə mərasimindən sonra həbs edilib. Bu kompozisiyada məhz 1993-cü il hadisələrinin tarixçəsi təsvir edilirdi.
Üç il sonra istintaq müəyyən etmişdi ki, cinayətin günahkarı Snup Doqqun mühafizəçisidir. Reperin üzərindən bütün ittihamlar qaldırılıb, lakin ancaq 28 il sonra musiqiçi məhkəmədən ona qarşı cinayət işinə xitam verilməsini istəyib.
Qeyd edək ki, avqustun 9-da Snup Doqq, Billi Ayliş və "Red Hot Chili Peppers" Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış ediblər. KİV-in məlumatına görə, ifaçıların bu cür seçimi onların növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi ABŞ ilə əlaqəli olmaları ilə izah edilib. Doq həmçinin olimpiya məşəlinin estafetində də iştirak edib.
Rəylər