Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ötən ilin ən populyar mahnısı açıqlandı
Amerikalı müğənni Billi Aylişin "Birds of a Feather" mahnısı 2024-cü ildə "Spotify" axın platformasında ən çox dinlənilən mahnı olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Hypebeast Interscope" məlumat yayıb.
Mahnı 1,781 milyard dəfə dinlənilib. İkinci ən populyar mahnı olan Sabrina Karpenterin "Espresso" mahnısı 1,778 milyard dinlənməyə malikdir. O ilin axırlarınadək lider olsa da, lakin sonda Aylişin mahnısına uduzub.
"Birds of a Feather" Billinin 17 may 2024-cü ildə çıxan üçüncü studiya albomuna daxil edilib. Mahnı "Billboard Hot 100" çartında ikinci yerdə qərarlaşıb. 27 sentyabrda Ayliş mahnının rəsmi klipini yayımlayıb.
Rəylər