Dek
2023
05:00
11
205
5693
Virtual karabakh

Məşhur aktrisa xərçəngin sümüklərinə yayıldığını açıqlayıb - FOTO

1 Dek, 2023
05:00
5693

Məşhur aktrisa xərçəngin sümüklərinə yayıldığını açıqlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Charmed” və “Beverly Hills, 90210” seriallarının ulduzu Şannen Doerti xərçəng xəstəliyinin 4-cü mərhələsi aşkar edilib. Xərçəng artıq sümüklərə yayılıb.

Bu barədə o, müsahibəsində bildirib.

“Mən ölmək istəmirəm. Mən hələ yaşamımı sonlandırmamışam. Mən hələ də sevməyə davam edirəm. Mən yaradıcılığıma son qoymamışam. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümidimi itirməmişəm”, - deyə 52 yaşlı aktrisa bildirib.

Qeyd edək ki, 2015-ci ildə Doertiyə süd vəzisinin xərçəngi diaqnozu qoyulub. 2017-ci ildə müalicə kursundan sonra remissiya baş verib, lakin üç il sonra müayinə zamanı ulduza 4-cü mərhələdə bədxassəli şiş diaqnozu qoyulub. 2023-cü ilin iyun ayında o, pərəstişkarlarına beyindəki metastazlar və əməliyyat olunduğu haqqında məlumat verib.

Şennen Doerti “iHeartRadio”da memuar üslubunda “Gəlin aydınlıq gətirək” (Let's Be Clear) adlı podkastını təqdim etmək qərarına gəlib. O, televiziya və kino karyerası, xərçənglə səkkiz illik mübarizəsi və s. haqqında danışacaq. İlk buraxılış dekabrın 6-a planlaşdırılıb.

Mənbə: snob.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri