Dek
2023
01:40
10
77
2532
Virtual karabakh

“Kalmar oyunu”nun aktyorunun barmaqları kəsildi - FOTO

2 Dek, 2023
01:40
2532

“Kalmar oyunu”nun aktyorunun barmaqları kəsildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bədbəxt hadisə nəticəsində “Kalmar oyunu” serialının aktyoru və yazıçısı Cefri Culianonun iki barmağı kəsilib.

70 yaşlı sənətçi Pattayadakı (Tayland) evində təmir işləri apararkən, təmir ustası onun yanında motorlu mişarla işləyib. Mişar yerə dəyib və Culianonun ayağına sıçrayaraq onun sağ ayağının iki barmağını - böyük və ikinci barmağını kəsib.

Culiano barmaqlarını yerdən qaldıraraq, onları kağız dəsmala büküb və yardıma gələn tibb işçilərinə verib. Xəstəxanada onun barmaqlarını yerinə tikiblər, amma aktyorun barmaqlarının bitişməsi üçün o, yenidən əməliyyat olunacaq.

“Motorlu mişar iki metr yarım yuxarı qalxıb, yerə dəydi, mişar döşəməni yardı, sonra isə ayağıma düşdü və beləcə mən iki barmağımı itirdim”, - deyə aktyor bildirib.

Məlumdur ki, Culiano amansız sağ qalma oyunu olan “Kalmar oyunu” (Squid Game) serialının çəkilişinə görə aldığı qonorarla Pattayada ev alıb. O, üzündə maska ​​və qızılla örtülmüş xələt geyinən amansız sağ qalma oyununun varlı tamaşaçılarından birinin rolunu oynayıb. Daha sonra o bu geyimi hərracda satıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri