Dek
2023
10:45
71
23
4053
Virtual karabakh

Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem Kobalı aldadıb? - FOTO

2 Dek, 2023
10:45
4053

Kenan İmirzalıoğlu ilk dəfə xəyanət xəbərlərindən danışdı: Həyat yoldaşı Sinem Kobalı aldadıb? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktyor Kenan İmirzalıoğlu sosial mediada gündəmə gələn həyat yoldaşı Sinem Kobalı aldatdığı iddialarına dair ilk dəfə açıqlama verib.

Kenan İmirzalıoğlu-Sinem Kobal cütlüyü Nişantaşıda görüntülənib və aktyor xəyanət xəbərlərinə aydınlıq gətirib.

“Bir dəli quyuya daş atır, biz o quyuya enməyəcəyik, dostlar! Naməlum bir şəxs tərəfindən sosial şəbəkələrdə ortaya atılan yalana biz əhəmiyyət vermədik, siz də vecinizə almamalısınız!” - deyə aktyor xəyanəti təkzib edib.

Qeyd edək ki, keçən həftələrdə sosial şəbəkə istifadəçilərindən biri Kenanın Sinemi aldatdığını iddia edib.

“Selena aldadıldı”, - deyə o, Sinem Kobalın illər əvvəl rol aldığı “Selena” serialındakı obrazına istinad edərək iddiasını dilə gətirib. Onun bu paylaşımından sonra bütün diqqətlər məşhur cütlüyə yönəlib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri