Dek
2023
13:48
195
15
3440
Virtual karabakh

Türkiyə Böyük Millət Məclisi hərəkətə keçdi: Sosial media fenomenləri izlənəcəklər

4 Dek, 2023
13:48
3440

Türkiyə Böyük Millət Məclisi hərəkətə keçdi: Sosial media fenomenləri izlənəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə sosial media fenomenləri ilə bağlı araşdırmalar davam etdiyi bir zamanda Türkiyə Böyük Millət Məclisi də hərəkətə keçib.

Bununla bağlı hazırlanan qanun layihəsində sosial mediada fəaliyyət göstərən şəxslərin gəlirlərinin araşdırılması, qeydiyyata alınması və vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Son zamanlar gündəmdə olan sosial media fenomenləri ilə bağlı təhqiqatlar çərçivəsində bəzi şəxslər həbs ediliblər, çirkli pulların yuyulması üzrə araşdırmaların əhatə dairəsi genişləndirilib. Fenomenlərlə bağlı yeni tənzimləmə qaydalarının tətbiqi üçün işlərə başlanılıb.

Yeni qaydalara əsasən, fenomenlərin gəlirləri daim diqqət mərkəzində olacaq, qazanclarının mənbəyi araşdırılacaq, gəlirləri tam şəkildə vergiyə cəlb olunacaq.

Həmçinin sosial media platformaları üçün də yeni qaydalar tətbiq edəcək. Qaydalara əməl edilməzsə, bu platformalar məhdudlaşdırılmalara, yayım və reklam qadağalarına məruz qalacaq. Hətta lisenziyanın ləğvi də daxil olmaqla, bəzi sanksiyaların tətbiq də mümkün olacaq.

Xatırladaq ki, Türkiyədə son zamanlar bir çox tanınmış sosial media fenomenləri çirkli pulların yuyulması və digər ittihamlar üzrə istintaqa cəlb olunub, bəziləri haqqında həbs qərarı verilib.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri