Dek
2023
06:33
41
88
4331
Virtual karabakh

Nikolas Keyc kino karyerasını bitirməyi planlaşdırır

6 Dek, 2023
06:33
4331

Nikolas Keyc kino karyerasını bitirməyi planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Nikolas Keyc daha üç-dörd filmdə rol almağı və daha sonra kino karyerasını bitirməyi planlaşdırır. O, gələcəkdə diqqətini televiziyaya yönəltmək və ailəsinə daha çox vaxt ayırmaq niyyətindədir.

“Mən hiss edirəm ki, 45 illik işimdən - 100-dən çox filmdə rol aldıqdan sonra artıq kino sahəsində öz sözümü demişəm. Mən peşəmi yüksək notda bitirmək istərdim”, - deyə aktyor bildirib.

Keyc qeyd edib ki, o, alim rolunu oynadığı və tənqidçilərin rəğbətini qazanmış “Yuxu ssenarisi” fantastik komediyasının son filmi olmasını istəyir, lakin yerinə yetirməli olduğu başqa müqavilələri də var.

Xatırladaq ki, N.Keyc 1980-ci illərin əvvəllərində filmlərdə rol almağa başlayıb, ilk dəfə isə “Fast times at Ridgemont High” (Ricmont Hayda qayğısız zaman) yeniyetmə komediyasında böyük ekranda görünüb.

Mənbə: octagon.media

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri