Fev
2024
01:43
32
204
12728
Virtual karabakh

“Rokki” filminin ulduzu vəfat etdi - FOTO

3 Fev, 2024
01:43
12728

“Rokki” filminin ulduzu vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li aktyor, prodüser, rejissor və keçmiş peşəkar futbolçu Karl Uezers 77 yaşında vəfat edib.

Bu barədə onun meneceri Mett Luber məlumat verib.

“Rokki” və “Yırtıcı” filmlərinin ulduzu yuxuda vəfat edib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

Karl Uezers 14 yanvar 1948-ci ildə ABŞ-də anadan olub. O, ən çox “Rokki” filmində Apollo Krid, “Yırtıcı” filmindəki Corc Dillon, “Xoşbəxt Gilmor” filmində Çabbs Peterson rolları ilə tanınır.

Aktyor “Ulduz müharibələri: Mandalor” serialındakı işinə görə “Dramatik serialda dəvət edilmiş ən yaxşı aktyor” nominasiyasında “Emmy Primetime” mükafatına layiq görülüb.

Mənbə: variety.com

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri