12 
Fev
2024
03:18
119
27
2564
Virtual karabakh

Tramp Teylor Svifti Baydendən daha çox dəstəklədiyini bildirib

12 Fev, 2024
03:18
2564

Tramp Teylor Svifti Baydendən daha çox dəstəklədiyini bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müğənni Teylor Svift qarşıdan gələn prezident seçkisində ABŞ prezidenti Co Baydeni dəstəkləməməlidir, çünki indiki ABŞ administrasiyası onun üçün heç nə etməyib”.

Bu fikri ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.

O qeyd edib ki, onun ABŞ hökumətinə rəhbərlik etdiyi dövrdə Musiqinin Müasirləşdirilməsi Aktı qəbul edilib və bu qanun onun lisenziyalaşdırılması və müvafiq olaraq müəlliflik hüququndan vəsait alınması prosesini sadələşdirib.

“Mən Teylor Svift və digər musiqiçilər üçün Musiqinin Müasirləşdirilməsi Aktını imzaladım və buna görə məsuliyyət daşıyırdım. Co Bayden Teylor üçün heç nə etməyib və etməyəcək də. Heç bir halda o, korrupsioner Co Baydeni dəstəkləməməli və ona bu qədər pul gətirən bir insana sədaqətsizlik etməməlidir”, - o, “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Xatırladaq ki, Svift 2020-ci ildə ilk seçkisi olan Baydenə dəstəyini ifadə etmişdi, lakin o vaxtdan bəri prezidentliyə namizədlərdən kimi dəstəkləməsi barədə açıqlama verməyib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri