24 
Fev
2024
02:12
32
55
2798
Virtual karabakh

Məşhur Hollivud aktrisası tərəf müqabili ilə görüntüləndi: Film sevgisi gerçək olub? - FOTO

24 Fev, 2024
02:12
2798

Məşhur Hollivud aktrisası tərəf müqabili ilə görüntüləndi: Film sevgisi gerçək olub? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur Hollivud aktrisası Meril Strip Kaliforniyada aktyor Martin Şortla şam yeməyində görüntülənib.

Cütlük dostları ilə vaxt keçirib, lakin paparassilər peyda olduqları zaman kameralardan qaçmayıblar və birlikdə jurnalistlər qarşısına çıxıblar.

Yayılan söz-söhbətlərə görə, Meril Strip və Martin Şort arasındakı münasibət detektiv filminin üçüncü mövsümünün çəkilişlərində başlayıb. Bu filmdə onlar iki sevgilini canlandırırlar. Ancaq cütlük bir neçə ay bu dedi-qodulara reaksiya verməyib.

“Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimindən sonra Martin Şort susqunluğunu pozub və sadəcə çox yaxşı dost olduqlarını deyib. Lakin izləyicilər və sosial şəbəkə istifadəçiləri ulduzların sadəcə olaraq münasibətlərini reklam etmək istəmədikləri qənaətindədirlər.

Qeyd edək ki, Meril Strip 2023-cü ilin oktyabrında 45 il əvvəl ailə qurduğu əri, heykəltəraş Don Qammerdən ayrılıb. Cütlüyün dörd övladı var - Henri Vulf müəllif-ifaçı, qızları Memi Qammer, Qreys Qammer və Luiza Ceykobson isə aktrisa sənətinə yiyələniblər. Bundan əlavə, cütlüyün beş nəvəsi var.

Mənbə: “Page Six”

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri