28 
Fev
2024
01:06
274
19
5042
Virtual karabakh

İstanbulda maşının üstündə rəqs edərək pul səpən bloqer saxlanıldı - FOTO/VİDEO

28 Fev, 2024
01:06
5042

İstanbulda maşının üstündə rəqs edərək pul səpən bloqer saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində bloqer Aleyna Dalverenin dəbdəbəli maşının üstündə rəqs edərək pul səpdiyi və cibindən silah çıxardığı videosu sosial şəbəkələrdə gündəm olduqdan sonra o saxlanılıb.

Qeyd olunub ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Araşdırmalar zamanı Aleyna Dalverenin yaşadığı ünvanda əməliyyat təşkil edilib. Ünvanda aparılan axtarışlar zamanı saxta olduğu ehtimal edilən 1 200 dollar, 250 avro, 50 manat, 50 qriven, pul sayan aparat, saxta mühafizə maşınına giriş kartı, qandal, saxta hesab edilən iki qeydiyyat nişanı və iki rəqəmsal material aşkar edilib.

Nəzarətə alınan Dalveren haqqında aparılan araşdırmada şübhəlinin Dilan Polat və digər bloqerlərlə sıx əlaqədə olduğu müəyyən edilib. Dalverenə dair araşdırma davam edir.

Mənbə: CNN Türk

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri