28 
Fev
2024
22:20
64
200
3178
Virtual karabakh

Türkiyəli model seçkidə namizədliyini irəli sürdü - FOTO

28 Fev, 2024
22:20
3178

Türkiyəli model seçkidə namizədliyini irəli sürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Diyarbəkir vilayətində modelliklə məşğul olan Siburq Sarsılmaz adlı qadın kənd icma sədrliyinə namizədliyini irəli sürüb.

Bağlar rayonunun Kaynar məhəlləsindən namizəd olan model bunu həmcinsləri üçün etdiyini qeyd edib.

Siburq Sarsılmaz qadınları içində olduqları vəziyyətdən xilas etmək üçün bu qərara gəldiyini bildirib. O vurğulayıb ki, qadınların yenidən güc qazanmaları üçün səy göstərməyi özünə hədəf seçib.

Model sosial şəbəkədə seçkiqabağı vədlər verib və məhəlləsində yaşayan vətəndaşlara müraciət edib.

“Səsinizə namizədəm”, - o deyib.

Qeyd edək ki, Türkiyədə martın 31-də baş tutacaq yerli seçkilərdə vilayət və rayon bələdiyyə sədrliyi ilə yanaşı kənd icma sədrliyinə də seçkilər keçiriləcək.

Mənbə: TR Haber

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri