29 
Fev
2024
21:04
32
405
6898
Virtual karabakh

Natiq Şirinov və Alim Qasımovun heyrətləndirici TOY QİYMƏTLƏRİ + FOTO

29 Fev, 2024
21:04
6898

Natiq Şirinov və Alim Qasımovun heyrətləndirici TOY QİYMƏTLƏRİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətlərini açıqlayıb.

Bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

Nağara ustası quda olduğu Xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib.

Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb.

Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin götürdü, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Toyda Alim Qasımovun yer aldığı təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət nə az, nə çox, düz 45 min manat təşkil edir. Sözügedən xidmətə isə gəlingötürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri