Mar
2024
07:32
31
176
2442
Virtual karabakh

İranda müğənniyə həbs cəzası verildi - QƏRİBƏ SƏBƏB

2 Mar, 2024
07:32
2442

İranda müğənniyə həbs cəzası verildi - QƏRİBƏ SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranlı müğənni Şervin Hacıpurun mahnısı özündən asılı olmayaraq, etiraz aksiyalarına görə məşhurlaşıb. Bu səbəbdən o, üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunur ki, 27 yaşlı müğənni məhkəmə tərəfindən milli təhlükəsizliyə qarşı iğtişaşlar törətmək və rejim əleyhinə təbliğat aparmaqda təqsirli bilinib.

Onun “Baraye” mahnısı 2022-ci il etirazlarının qeyri-rəsmi himni olub. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri 22 yaşlı Məhsa Əmini öldürüblər.

“Baraye” “Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı” nominasiyasında 2023-cü ilin “Qremmi” mükafatına layiq görülüb.

Hüquq müdafiəçilərinin verdikləri məlumata görə, müğənnini İslam İnqilabının nailiyyətlərini təbliğ edən fəaliyyətlərdə iştirak etməyə məcbur ediblər. Bundan əlavə, Hacıpurun İslamda qadınların statusu ilə bağlı iki kitab və ABŞ-nin insanlığa qarşı vəhşilikləri haqqında trek yazacağı gözlənilir.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri