Mar
2024
05:02
79
26
2175
Virtual karabakh

Castin Timberleyk: “Sən ən yaxşısan, səni sevirəm”

5 Mar, 2024
05:02
2175

Castin Timberleyk: “Sən ən yaxşısan, səni sevirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Castin Timberleyk Britni Spirslə qalmaqalın fonunda həyat yoldaşı, aktrisa Cessika Bilə müraciət edib.

Castin Timberleyk sevgilisini 42 yaşı münasibətilə təbrik edərək sosial şəbəkə hesabında Cessika ilə nadir görüntülərini yayımlayıb.

“Bunu deməyin başqa yolu yoxdur. Sən ən yaxşısan. Səni sevirəm. Ad günün mübarək”, - deyə Castin Timberleyk yazıb.

Pərəstişkarları müğənninin bu hərəkətini yüksək qiymətləndiriblər. Onlar da aktrisanı təbrik ediblər.

“O səninlə çox gözəldir, ona diqqət yetir”, “Mən həsəd aparsam da, bu məni xoşbəxt etdi. Ad günün mübarək!”, “Dünyanın ən yaxşı cütlüyü. Ad günün mübarək”, - deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri