Apr
2024
03:01
42
125
6353
Virtual karabakh

Məşhur türkiyəli aktrisa ilk dəfə sevgilisi ilə bağlı paylaşım etdi - FOTO

2 Apr, 2024
03:01
6353

Məşhur türkiyəli aktrisa ilk dəfə sevgilisi ilə bağlı paylaşım etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktrisa Ceyda Düvenci ilk dəfə sevgilisi ilə birgə olduğunu göstərən fotonu paylaşıb.

Həmkarı Bülent Şakrakla boşandıqdan sonra sevgidən küsmədiyini deyən aktrisa yeni sevgilisi ilə birlikdə olduğu fotonu dərc edib.

Fotoda Ceyda Düvencinin radioaparıcı Güçlü Mete ilə birlikdə 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərini izlədiyi görüntü əks olunub.

Qeyd edək ki, Ceyda Düvenci daha əvvəl şəxsi həyatı ilə bağlı verdiyi açıqlamada sevgiyə dair fikirlərini bildirib.

“Böyük danışmaq istəmirəm, bir daha evlənəcəyimi düşünmürəm, amma təbii ki, sevgi hələ də mümkündür... 46 yaşım var, təbii ki, yenidən aşiq olacağam. Mən həyatın içində hər yerdə sevgini tapa bilən qadınam”, - deyə o vurğulayıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri