Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında 14 minə yaxın vətəndaşımız səs verəcək.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, MSK katibliyinin İnformasiya Mərkəzindən verilən məlumata görə, Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında 37 müvəqqəti məntəqə yaradılıb.
Bu məntəqələrdə 14 minə yaxın Azərbaycan vətəndaşı səs verəcəkdir. Onların səsvermədə iştirakını təmin etmək üçün hər cür şərait yaradılıb.