Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Sudan xarici işlər naziri Əli as-Sadik arasında keçirilən görüşdə iki ölkə arasında yaxın gələcəkdə diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə qərar qəbul edilib.
APA-nın xəbərinə görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rəsmi səfərdə olduğu Əlcəzairdə keçirilən mətbuat konfransında bildirib.
Hüseyn Əmir-Abdullahian deyib ki, sudanlı həmkarıyla Bakıda keçirilən görüşdə bu barədə razılığa gəliblər.