Ermənistan və Dağlıq Qarabağ vahid ərazi olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Azatutyun” radiosuna müsahibəsində Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib.
O.Abramyan bu sözləri Avrasiya iqtisadi komissiyası nümayəndəsinin bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, mayın 14-də İrəvan-Moskva-Minsk-Astana telekörpüsü zamanı Avrasiya iqtisadi komissiyasının İnkişaf və İnteqrasiya Departamentinin beynəlxalq tərəfdaşlıq şöbəsinin müdiri Anton Azarov Ermənistanın Avrasiya İttifaqına qəbulundan sonra ümumi sərhədin respublikanın mövcud sərhədlərindən keçəcəyini bildirib. Qondarma Dağlıq Qarabağ Respublikasına gəlincə isə A.Azarov separatçı rejimin Avrasiya İttifaqına qoşulması məsələsinin ümumiyyətlə nəzərdən keçirilmədiyini bəyan edib.