Son zamanlar Azərbaycanda ərzaqların qiyməti Avropa qiymətlərinin səviyyəsinə çatıb.
Oxu.Az xəbər verir ki, “Exo” qəzeti araşdırma apararaq İsveç və Finlandiyada ərzaqların qiymətlərini Azərbaycandakı analoji ərzaq qiymətləri ilə müqayisə ediblər.
İsveçdə 1 kq toyuq əti orta hesabla 40 İsveç kronu (4,78 manat. Azərbaycan Mərkəzi Bankının kursu ilə), 1 kq təzə balıq - 219 kron (26,15 manat), 1 litr süd 13 kron (1,55 manat), 1 litr kefir - 20 kron (2,39 manat), 10 yumurta - 36 kron (4,30 manat), 1 kq xiyar - 19 kron (2,27 manat), 1 kq düyü - 36 kron (4,30 manat), 1 kq qoyun əti - 120 kron (14,32 manat), 1kq kərə yağı - 40 kron (4,77 manat), 1 litr bitki yağı - 26 kron (3,10 manat), 1 kq alma - 19 kron (2,27 manat), 1 kq kartof - 9 kron (1,07 manat), 1 kq şəkər tozu - 10 kron (1,19 manat), çörək - 18 kron (2,15 manat), 1 kq pomidor - 25 kron (2,98 manat), 1 kq baş soğan - 10 kron (1,19 manat), 1 kq dana əti - 79 kron (9,43 manat), 1 kq çay - 26 kron (3,10 manat), 200 qr qəhvə - 79 kron (9,43 manat), 1 kq istiot - 15 kron (1,79 manat), 1 kq vərməşil - 10 kron (1,19 manat), 1 kq duz - 14 kron (1,67 manat).
Beləliklə, yuxarıda sadalanan ərzaqlardan ibarət zənbil İsveçdə toplam olaraq 105,39 manata başa gələcək.
Finlandiyada öz növbəsində 1 kq toyuq əti 6,79 avro (7,33 manat), 1 kq balıq 9,6 avro (10,36 manat), 1 litr süd - 1,28 avro (1,38 manat), 1litr kefir - 1,15 avro (1,24 manat), 10 yumurta - 1,55 avro (1,67 manat), 1kq xiyar - 1,55 avro (1,67 manat), 1 kq pomidor - 2,55 avro (2,75 manat), 1 kq qoyun əti - 10 avro (10,79 manat), 1 kq dana əti - 6,15 avro (6,64 manat), 1 kq armud - 4,30 avro (4,64 manat), 1 kq kartof - 0,80 avro (0,86 manat), 1kq qənd - 1,09 avro (1,17 manat), çörəlk - 1,89 avro (2,04 manat), 1 kq baş soğan - 1,30 avro (1,40 manat), 1 kq çay - 4,50 avro (4,85 manat), 200 qr qəhvə - 4,30 avro (4,64 manat), 1kq vərməşil - 1 avro (1,08 manat), 1 litr bitki yağı - 2,79 avro (3,01 manat), 1 kq düyü - 1,79 avro (1,93 manat), 1 kq duz - 1,50 avro (1,62 manat), 1 kq kərə yağı - 3,50 avro (3,77 manat), 1 kq alma - 2 avro (2,16 manat).
Beləliklə, yuxarıda göstərilən qiymətlərlə sadalanan ərzaqların zənbili Finlandiyada 77 manata başa gələcək.
Azərbaycanda 1 kq toyuq əti 6,79 avro 3,20 manat, 1 kq balıq 8 manat,1 litr süd - 1,50 manat, 1 litr kefir - 0,70 manat, 10 yumurta - 1,30 manat, 1 kq xiyar - 0,70 manat, 1 kq düyü - 2 manat, 1 kq qoyun əti - 10,50 manat, 1 kq kərə yağı - 10 manat, 1 litr bitki yağı - 2,40 manat, 1kq alma - 1,50 manat. 1 kq kartof - 0,90 manat, 1 kq şəkər tozu 1,20 manat, çörək - o,40 manat, 1 kq pomidor - 1,50 manat, 1 kq baş soğan - 0,80 manat, 1 kq dana əti - 8 manat, 1 kq çay - 2 manat, 200 qr qəhvə - 3 manat, 1 kq istiot - 4 manat, 1kq vərməşil - 0,90 manat, 1 kq duz - 0,40 manatdır. Beləliklə, yuxarıda sadalanan ərzaqlardan ibarət zənbil Azərbaycanda 63,4 manata başa gələcək.
Beləliklə, Finlandiyada sadalanan ərzaqlardan ibarət zənbil Azərbaycandakı göstəricidən 21,45%, İsveçdəki göstəricidən isə 66,23% bahadır.
Amma Azərbaycanda olan məvacibi yuxarıda adıçəkilən ölkələrdə olan məvaciblə müqayisə edərkən tamamən başqa bir mənzərə meydana çıxır. Azərbaycanda orta əməkhaqqı İsveçdəkindən 9,73 dəfə, Finlandiyada olandan isə 7,95 dəfə aşağıdır.
Yəqin orta əməkhaqqı ilə ərzaqların qiymətləri arasında mövcud olan uyğunsuzluq, istehlakçı xərclərinin Avropada ən yüksək olması ilə bağlıdır.