"Bu mənim üçün Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Mədəniyyətlər arası dialoq üzrə IV Beynəlxalq Forumun gedişatında dinlər arası dialoqa dair səsləndirdiyi təşəbbüs haqqında danışmaq üçün yaxşı imkandır".
Bu bəyanatla ABŞ-da müqəddəs Ramazan ayı münasibəti ilə İsrailin Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Etnik Anlaşma fondunun rəhbəri (Foundation for Ethnic Understanding) Mark Şnayer çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə Time-a istinadən haqqin.az məlumat yayıb.
Rebe Mark Şnayer ABŞ-da xristian və müsəlman icmalarının liderləri arasında dialoqu alqışlayır.
“İftara qonaq dəvət etmək – ümumi imanımızı və ümumi gələcəyimizi qeyd etmək üçün gözəl imkandır”, - Şnayer qəbulda deyib.
O, tədbir iştirakçılarına Beynəlxalq dialoq üzə təşəbbüsü Azərbaycanın xarici işlər naziri, eləcə də mədəniyyət naziri, həmçinin Nyu-Yorkda mayın 26-da xristianların liderləri ilə müzakirə etdiyindən danışıb.
“Əhalisinin əksəriyyəti müsəlman olan - Azərbaycan din azadlığı ilə yanaşı, yəhudi və xristian icmalarının eləcə də 2011-ci ildən Bakıda keçirilən Beynəlxalq forumlar sayəsində mədəniyyətlər arası və dinlər arası dialoqun dünya səviyyəsində aparılmasına vasitəçilik edir”, - Mark Nayer bildirib.
S.S.
www.oxu.az