ABŞ Dövlət Departamentinin rəsmi brifinqində mətbuat katibi Temmi Bryus dövlət katibi Marko Rubionun Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid ifadə etdiyi son bəyanatını şərh edib.
Oxu.Az bu barədə departamentin Mətbuat Xidmətinə istinadla xəbər verir.
"Dövlət katibi üçün bu bəyanatı vermək vacib idi. Biz ABŞ-nin iştirak etdiyi bir çox nailiyyətlərə - razılaşmalara, atəşkəslərə və dəyişikliklərə sevinirik. Rubionun bunu deməyə səbəbi var idi və yeni təfərrüat ortaya çıxdıqda, biz mütləq onları paylaşacağıq", - deyə Bryus bildirib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio vurğulamışdı ki, Vaşinqton sülh nizamlanması üçün səyləri fəal şəkildə dəstəkləməyə davam edir və İrəvan ilə Bakı arasında razılaşmanın yaxın zamanda əldə olunacağına ümid edir.