ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M.Huker bu həftə Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilib.
"Dövlət katibinin müavini Huker 15-21 noyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq", - məlumatda qeyd olunub.