"İşlədiyimiz konsepsiyaya görə, daimi ştatda çalışan müəllimin əməkhaqqısı ölkədəki ortaaylıq maaşdan ən azı iki dəfə yüksək olmalıdır. Hazırkı statistika isə yanlış mənzərə yaradır: 4-6 saat dərs deyən müəllimlərin maaşı da orta əməkhaqqıya daxil edilir. Bu səbəbdən müəllimin maaşının yalnız daha çox dərs deməklə yüksəlməsi doğru yanaşma hesab edilmir. Bu mexanizmin yaxın zamanda tətbiqi nəzərdə tutulmur. Hətta növbəti tədris ilində də qüvvəyə minməsi planlaşdırılmır".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu yanaşmanın irəli sürülməsinin səbəbi ictimaiyyətin konstruktiv fikir bildirməsinə şərait yaratmaqdır:
"Detallar açıqlanmadan məsələ ilə bağlı qəti müsbət və ya mənfi rəy formalaşdırmaq doğru deyil".
Məhərrəm Əliyev