ABŞ dövlət katibinin müavini Brent Xartli Ermənistanı və Azərbaycanı Qarabağ münaqişəsinin nizamlanması üçün səylərini aktivləşdirməyə çağırıb.
Bu barədə Oxu.Az haqqın.az-a istinadən xəbər verir.
“Biz ümid edirik ki, Ermənistan və Azərbaycan Fransa prezidenti Fransua Ollandın təklifini qəbul edəcək və yaxın zamanda Parisdə görüşəcəklər. May ayının ortalarında regiona səfər edən Fransa prezidenti Fransua Olland Fransada Azərbaycan və Ermənistan prezidentlərini həmsədrlərlə bərabər qəbul etməyə hazır olduğunu söyləmişdi”, - ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti xəbər verir.
İsveçrə prezidenti Burkxalterin danışıqları daha da predmetli eləməsi barədə çağırışı “tərəflərə sülh prosesini sürdürməyə imkan verir”, Venada ATƏT-in təhlükəsizliyə dair konfransında çıxış edərkən Xartli deyib.
Daha sonra amerikan diplomatı ATƏT-in münaqişəli vəziyyətlərinin nizamlanmasına dair mühüm təcrübəsini qeyd edib.
“Ukraynadakı böhran ATƏT məkanında münaqişələrin həllində bu təşkilatın rolunu təsdiqlədi. Bundan başqa aradan qaldırılmalı zəif tərəfləri aşkar etdi. Biz Avropa təhlükəsizliyi üçün daha aktual təhlükələrin həlli üçün addım atmağa hazır olmalıyıq”, - münaqişələrin həlli məsələlərində ATƏT-i daha fəal olmağa çağırarkən Xartli deyib.