Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna mahiyyəti üzrə cavab verməyib
"ABŞ-nin Azərbaycandakı səfirliyinin "Report" agentliyinin guya yanlış təəssürat yaradan məlumat yayması barədə "X" platformasında paylaşımı həqiqəti əks etdirmir".
Oxu.Az bildirir ki, bu barədə "Report" Informasiya Agentliyi açıqlama yayıb.
Açıqlamada deyilir:
"Səfirlik "X" platformasında vurğulayıb ki, "Report" ABŞ səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı sorğusuna cavabı dərc edilməyib.
Məsələyə bir daha aydınlıq gətirmək məqsədilə bildirməyi özümüzə borc bilirik ki, ABŞ-nin Ermənistandakı səfirliyi Azərbaycanın Qarabağ bölgəsində erməni irsinin qorunması ilə bağlı qrant layihəsi elan edib, "Report" Agentliyi isə ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı hansı layihələrin həyata keçirilməsi ilə bağlı sual ünvanlayıb.
Səfirlik sorğuya cavabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə bundan sonra nə etmək istədikləri cavabını göndərib, faktiki olaraq, sorğuya mahiyyətcə cavab verilməyib.
Bu cavaba uyğun olaraq "Report" agentliyi məlumat paylaşıb, amma cavabı tam olaraq dərc etməyə lüzum görmür. Sualın Ermənistan, cavabın isə Azərbaycanın ərazisi haqqında olması səbəbindən ABŞ səfirliyinin cavabı, adıçəkilən xəbər də ümumi formada verilib".
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp Rusiyaya ultimatum verdi
- Tramp Ukrayna münaqişəsinin həlli üçün göstəriş verdi və vaxt qoydu
- ABŞ-də qar fırtınası: Ölənlər var
- ABŞ-də qızıl medal qazanan 13 yaşlı qız: "Məktəb biliklərimlə, hazırlaşmadan qalib olmuşam"
- Ən azı 18 ştat Trampın ABŞ vətəndaşlığına qoyduğu məhdudiyyətlərə qarşı məhkəmə iddiası qaldırıb