Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İcma: "İrqçi mühakimələr yürüdən dairələr Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməlidirlər"
"İsveçrə Parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer almış şər-böhtan, hansısa "sülh forumunun çağırılması" kimi cəfəng çağırışlar ona səs verənlərin hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlarla birlikdə hərəkət etdiyini göstərir".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunur.
"Qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq, biz Qərbi azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməməsi, etnik və dini təəssübkeşliyin girovuna çevrilməsi, 20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad etmələri, Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan "səlib yürüşü"nə qoşulmaları ikrah doğurur.
Regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsddən, onun daxili işlərinə müdaxilədən və qondarma təşəbbüslərdən əl çəkməlidirlər", - bəyanatda bildirilir.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"