Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ səfirliyi, Gültəkin Hacıbəyli və razılaşdırılmamış Bakı mitinqi: Onları nə birləşdirir?
Hakim partiyanın sabiq nümayəndəsi, hal-hazırda isə Əli Kərimlinin silahdaşı – Gültəkin Hacıbəylinin ABŞ səfirliyinin əməkdaşı Uilyam Solli ilə dünənki gərgin danışıqları Azərbaycan hakimiyyətinin diqqətini cəlb edib.
Mahiyyət etibarı ilə dünənki etiraz aksiyası, daha doğrusu paytaxtın mərkəzində iğtişaş salmaq cəhdi ABŞ-ın Azərbaycandaki səfirliyi tərəfindən koordinasiya edilirdi. Nə baş verir?
Paytaxtın mərkəzində iğtişaş salmaq cəhdləri haqqında səfirliyə məlumat ötürücüsü funksiyasının daşıyan Gültəkin Hacıbəyli inadla və hönkür-hönkür ağlayaraq Uilyama müxalifətçilərin evlərində internetin kəsilməsini, Kərimlinin və onun çox sayda silahdaşlarının saxlanılmasını çatdırıb.
Vaxtilə İlham Əliyevin coşğulu tərəfdarı olan Gültəkin Hacıbəyli isterik halda “böyük qardaşa”: “Samara (Əli Kərimlinin həyat yoldaşı – red.) mənə zəng edib! Evlərinin ətrafında həddində çox polislər сəmləşib, orada çoxlu polis avtobusları dayanıb”, - çığırırdı. Bu əsnada o, diplomat Sollini nəvazişlə və eyni zamanda vəcdlə “sevimli Bill” adlandırırdı.
Azərbaycan müxalifətinin daha bir səhvi. Postsovet dövründə Amerika səfirinin postsovet dövlətlərində vaxtilə MK-nın İkinci katibinin “qubernator statusu” ilə ironik müqayisə edilən ağalıq səlahiyyətləri dövranı çoxdan tarixə qovuşub.
Gültəkin Hacıbəylinin siyasətçi kimi YAP-ın daxilində formalaşması təkqütblü dünyanın axırıncı prezidenti Bill Klintonun hakimiyyət dövründə baş tutdu. Bəlkə yersiz nostalji özünü büruzə verir?
Azərbaycan hökumətinin ABŞ səfirliyinə çoxlu sayda sualları yığılıb. Simasını itirmiş Gültəkin Hacıbəyliyə Azərbaycan hökumətinin artıq heç bir sualı qalmayıb. Lakin Uilyam Solliyə və ABŞ səfirliyinə Azərbaycan hökumətinin çox sayda sualların yığılıb toplanması mümkündür.
Məgər Vyana konvensiyasının suveren ölkənin daxili işlərinə qarışmamaq haqda tələblərini kimsə artıq ləğv edib?
Və ya, qeyri-sistemli müxalifətin öz hərəkətlərini ABŞ səfirliyi ilə koordinasıya etməsi haqqında daxil ola biləcək məlumata Dövlət Departamentinin reaksiyası necə olar?
Elə bu yaxınlarda biz qərb ölkələrin səfirlikləri tərəfindən müxalifətə rəngli inqilablar ölkələrində yeni sınaqdan keçirilən alternativ qeyri-leqal yollarla edilən maliyyə yardımlarına dair narahatedici məlumat haqqında yazmışdıq.
Elə bu yaxınlarda biz təbil çalırdıq ki, böyük Britaniya səfirliyi Əli Kərimli üçün – onun müavininə pul mükafatı qismində veriləcək, əslində isə mütləq şəkildə ölkədə sabitliyin pozulmasına xərclənəcək yeni maliyyə dəstəyi hazırlayır.
Və bütün bunlardan sonra ABŞ səfirliyi Azərbaycanı Yaxın Şərqdə daha bir alovlanan ölkəyə çevirmək niyyətini gizlətməyən Milli Şura ilə səylərini uzlaşdırır və əlaqələndirir.
Digər tərəfdən – ölkədə mövcud stabilliyin pozulması cəhdlərinə ciddi maraq göstərən ABŞ səfirliyinin məqsədləri nədir?
Və niyə Gültəkin Hacıbəyli Rusiya, İran və ya Avropa Birliyi ölkələrinin səfirliyinə deyil, məhz həmin ölkənin səfirliyinə müraciət edib ki, onun seçdiyi yol, prezidentinin etirafına görə, digər ölkələrin işlərinə qarışmamaqdır?!
Ehtimal ki, amerikalılar izahat verəcəklər. Lakin müxalifətin qondarma “inqilabi fəaliyyəti” heç də həmin çoxdankı 90-cı illərin cəbhəçi paradiqmasından fərqlənmir.
Qanuni seçilmiş prezident Mütəllibovun devrilməsindən bilavasitə sonra Müsavat partiyasının indiki başqanı Parlamentin toplantısında qürurla bəyan etmişdi: “Mütəllibovun devrilməsinə biz 14 ölkədən razılıq almışıq!..”
14 ölkə və amerikalılar öz yerində qalsın. Dünən cəbhəçilərin cılız yığınları polis kordonun arxasından kiflənmiş “İstefa” şüarını zingildəyirdilər.
Həmin şüar ki, bütün Azərbaycana vahid böyük ümummilli məğlubiyyəti – qardaş qırğınını, Qarabağın itirilməsini və marketlərə ucuz siqaret və bayat çörək dalınca tanklarda gedən gənc döyüşçüləri - xatırladır.
Haqqın.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib