ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, ABŞ biznes nümayəndə heyətinin Orta Dəhliz regionuna səfərinin Qazaxıstan mərhələsi yekunlaşıb:
"Aktaudan yola düşməzdən əvvəl ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət etdilər. Biz orada bu faciədə həlak olan mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik. Hadisənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır və bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır".